Əvəzedicilər liqasının XXXII və XXXIII turu çərçivəsində komandamızın keçirəcəyi oyunların təqvimi açıqlanıb. “Araz-Naxçıvan-2” aprelin 28-də, ASCO Arenada “Səbail-2” ilə qarşılaşacaq. Görüş saat 16:00-da  start götürəcək. Növbəti qarşılaşma isə mayın 4-də Binə qəsəbə stadionunda baş tutacaq. “Qırmızı-ağlar” saat 17:00-da “Sabah-2”ni qəbul edəcək.