Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa təyinatlar açıqlanıb. Oyunu Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

“Qarabağ” – “Araz-Naxçıvan”

23 aprel. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev

VAR: Kamal Umudlu

AVAR: Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov