Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib. Komandamız səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun "qırmızı-ağlar"ın qələbəsi ilə yekunlaşıb 2:0. Hər iki qolu Felipe Santos penaltidən vurub. İlk oyunda da 1:0 hesabı ilə qalib gələn komandamız yarımfinala yüksəlib. Bu mərhələdə "Araz-Naxçıvan"ın rəqibi "Qarabağ" olacaq. Oyunlar apreldə keçiriləcək.
"Araz-Naxçıvan" yarımfinala yüksəlib

28-02-2025 00:00