Misli Premyer Liqasının yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək. Danimarka şirkəti ilə müqavilə imzalanıb. Şirkətin komandamız üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubumuzun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.