Misli Premyer Liqasında komandamız növbəti oyununu keçirib. Bu dəfə Tovuz şəhər stadionunda "Araz-Naxçıvan" "Kəpəz"in qonağı olub. Oyunda hesab açılmayıb. Hazırda aktivində 52 xal olan komandamız turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qırmızı-ağlar" növbəti matçını aprelin 18-də "Turan Tovuz"a qarşı keçirəcək.
Səfərdə qolsuz heç-heçə

13-04-2025 19:00