Misli Premyer Liqasının XV turunda "Turan Tovuz"la qarşılaşan "Araz-Naxçıvan" qələbə qazanıb. Oyunun 75-ci dəqiqəsində Felipe Santos matçın taleyini həll edən qola imza atıb. Bu "Araz-Naxçıvan"ın cari mövsümdə 11-ci qələbəsi olub. 14 oyundur məğlub olmayan "qırmızı-ağlar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.