Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” məşqlərini davam etdirir. Komandamız bu gün Binə qəsəbə stadionunda hazırlıq keçib. Zədəli futbolçulardan Miço Kuzmanoviç və Bəxtiyar Həsənalızadə fərdi məşqlə kifayətlənib. Kollektivlə çalışan Ramon Maçadodan fərqli olaraq Mustafa Əhmədzadənin müalicəsi davam edir.
Məşqlər davam edir
21-03-2025 00:00