Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” “Qarabağ”la qarşılaşıb.
8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Peşəkar Futbol Liqası əlamətdar gün münasibətilə layihə həyata keçirib. Belə ki, Misli Premyer Liqasında bu gün keçirilən 26-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” matçından əvvəl futbolçular stadiona gül, özəl və fərqli dizayn olunmuş formalar hədiyyə edilən azyaşlı qızlarla birlikdə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqası komandalarına dəstək olmağa gələn qadın azarkeşləri də unutmayıb. Onların hər birinə gül hədiyyə edilib.
Matçda hesabı Felipe Santos açsa da, üstünlüyünü qoruya bilməyib. Matç rəqibin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.