Misli Premyer Liqasında XXIX turun oyunları keçirilib. Komandamız "Sumqayıt"la qarşılaşıb. Oyunda hesabı Ramon Maçado açıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissədə İqor Ribeyro fərqlənməklə fərqi artırıb - 2:0.