Misli Premyer Liqsının XIX turunda komandamız "Zirə" ilə qarşılaşıb. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda aktivində 39 xal olan "Araz-Naxçıvan" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Oyunsonrası mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Ağır, mübarizəli oyun oldu. Məğlub olsaq da, bunu faciəyə çevirməməli, növbəti görüşü düşünməli və hazırlaşmalıyıq.
Qaranı fasilədə əvəzlədik, düşündük ki, bu şəkildə davam etsə, emosiyalarına hakim ola bilməz. Futbolda belə hallar olur. Hər iki komandanın oyunçuları mübarizədən qopmadılar".