Misli Premyer Liqasının 32-ci turu çərçivəsində "Araz-Naxçıvan" bu gün "Səbail"in qonağı olub. Matçda hesabı komandamız açıb. Ülvi isgəndərov fərqlənib. Ancaq "qırmızı-ağlar"ın üstünlüyü 76-cı dəqiqəyə qədər çəkib. Yekunda oyun 1:1 hesabı ilə başa çatıb.