Misli Premyer Liqasının XIII turunda komandamız “Sumqayıt”la qarşılaşıb. Gərgin keçən görüşün taleyini bir qol həll edib. 88-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qol “Araz-Naxçıvan”a 3 xal qazandırıb.

Hazırda aktivində 30 xal olan komandamız turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Qarabağ”dan 1 xal geri qalır.