“Araz-Naxçıvan”ın əvəzəedici komandasının hazırlıq planı müəyyənləşib. İkinci komandamız bu gün yeni mövsümün hazırlığına start verəcək. Məşqlərini Bakıda Zaur İsmayılovun rəhbərliyi altında reallaşdıracaq “qırmızı-ağlar” bir neçə futbolçunu baxışa dəvət edib. Baş məşqçi onların nəyə qadir olduğunu yoxlama matçlarında da sınayacaq. Belə ki, plana əsasən komanda 3 yoxlama oyunu keçirəcək. Rəqiblər və oyunların tarixləri barədə yaxın günlərdə məlumat veriləcək.
Əvəzedicilər bu gün başlayır

01-07-2024 11:31