Bu gün Misli Premyer Liqasının XXII turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Kəpəz" oyunundan sonra mətbuat konfransında baş məşqçi Elmar Baxsıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun oldu. Hər iki komanda mübarizə apardı. Təəssüf ki, yaratdığımız qol epizodlarını dəyərləndirə bilmədik. Bu görüşü unutmalı, növbəti matçlara baxmalıyıq.

Ramon Maçado bizim üçün vacib oyunçudur. Hücumları daha çox onun iştirakı ilə qururduq. Bu gün yeri görünmədi desəm, düzgün olmaz".