Misli Premyer Liqasının XXXV turu çərçivəsində keçirilmiş "Şamaxı" - "Araz-Naxçıvan" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər:

"Ağır oyun alındı. Ümumi götürdükdə, komanda mövsüm ərzində istədiyim oyunu və nəticəni bizə verdi. Təmsil etdiyimiz Naxçıvan adına sevindirici nəticədir. Rəhbərliyi təbrik edirəm, bizə inandı, şans verdi.

Konfrans Liqasında iştirak edəcəyik. İndidən nəsə deyə bilmərəm. Çünki rəhbərliklə görüşməli, bunları müzakirə etməliyik. İçi mən qarışıq demək olar, hamının müqaviləsi başa çatıb. Buna aydınlıq gətirəcəyik.

Naxçıvanda oynamağı biz də istəyirik. Qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq bu məndən asılı məsələ deyil".