Bu gün Misli Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Sumqayıt" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Son 10 gün ərzində 3-cu rəsmi oyunumuz idi. Bildiririk ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, oyun ağır oldu. Komandam xarakter göstərdi. Marafon uzundur. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik".
"Komandam xarakter göstərdi"

10-11-2024 18:23