Bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində “Trabzonspor”la qarşılaşan və 3:2 hesabı ilə qələbə qazanan komandamızın baş məşqçisi Elmar Baxşıyevin açıqlaması: “Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək. Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super Liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komandamız özünəməxsus dəsti-xətti ilə seçilirdi”.
"Komandamız özünəməxsus dəsti-xətti ilə seçilirdi”

17-07-2025 00:00