Misli Premyer Liqasının 20-ci turunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib. "Liv Bona Dea Arena"da keçirilən matçda komandamız 2:1 hesabı ilə qalib gəlib. "Qırmızı-ağlar"ın heyətində Vanderson Melo və Ramon Maçado fərqlənib. 20 oyundan 42 xal toplayan komandamız turnir cədvəlinin 2-ci pilləsində möhkəmlənib.