Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Sabah" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Maraqlı oyun alındı. Hər iki komanda oyunun dinamikasını qorumağa çalışdı. Yaxşı komandaya qarşı çıxış etdik, yaxşı hücumlar qurduq, amma sonluğu gətirə bilmədik. Mövsümün sonudur, inanıram ki, komandam daha əzmkar, mübariz oyun göstərəcək".
"...Sonluğu gətirə bilmədik"

03-05-2025 00:00