Misli Premyer Liqasının XXXV turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu AZ TV vasitəsilə canlı yayımlanacaq. PFL bu görüşün yayım hüququnu bu kanala verib. Matç mayın 17-də, saat 17:00-da, Şamaxı şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, CBC Sport həmin gün eyni saatda start götürəcək Zirə - Sabah və Sumqayıt – Turan Tovuz oyunlarını canlı yayımlayacaq.