“Turan Tovuz”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqlərini bərpa edib. Əvvəlcə fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında isinmə hərəkətləri edən futbolçular daha sonra topla çalışmalara yer ayırıb. Zədəsini sağaldan Bəxtiyar Həsənalızadə fərdi məşqlər edib.

Qeyd edək ki, komandamız fevralın 22-də, saat 16:00-da “Səbail”lə qarşılaşacaq. Görüş “Liv Bona dea Arena”da keçiriləcək.