UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyununu idarə edəcək hakimlər açıqlanıb. Matçı Rumıniyadan olan hakimlər idarə edəcək.
“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)
24 iyul. Dalğa Arena. Saat 20:00
Baş hakim: Andrey Civulete
Baş hakimin köməkçiləri: Mirçea Mihail Grigoriu, Andrey Qabriel Konstantinesku
Dördüncü hakim: Radu Petresku