Hazırlığını davam etdirən “Araz-Naxçıvan” Ərzurumda ilk yoxlama oyununa çıxacaq. Komandamız “Bayburtspor”la qarşılaşacaq. Görüş yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 15:00) start götürəcək. “Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, iyulun 17-də isə “Trabzonspor”la qarşılaşacaq.