“Araz-Naxçıvan”ın əvəzedici komandası yoxlama oyunu keçirəcək. “Qırmızı-ağlar” I Liqada mübarizə aparan “Baku Sportinq”lə üz-üzə gələcək. Oyun yanvarın 11-də, saat 12:00-da Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində (köhnə Neftçibaza) keçiriləcək.