Bu gün "Araz-Naxçıvan" Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci oyununu keçirəcək. "Qırmızı-ağlar" Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb.