"Araz-Naxçıvan" yeni ildə ilk oyununu keçirib. Komandamız "Sumqayıt"la yoxlama matçında üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. "Qırmızı-ağlar"ın heyətində Nuno Rodrigues və Benny fərqlənib. Oyunla bağlı baş məşqçi Elmar Baxşıyev qısa açıqlama verib: "Bizim üçün faydalı oyun oldu. Çalışdıq hər kəs eyni yüklənməni qəbul etsin. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik".