Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb. Mərasim iyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Saat 15:00-da başlayacaq tədbir CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.