Misli Premyer Liqasının XXXIII turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq komandamız hazırlığını davam etdirir. “Qırmızı-ağlar” bu gün oyunöncəsi son məşqini keçirib. Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.