"Zirə" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra komandamız məşqlərini bu gün bərpa edib. Soyuq. qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib. Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb
Qeyd edək ki, "Araz-Naxçıvan" Milsi Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq. fevralın 10-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.