UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Rəqib “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.

Komandamızın baş məşqçisi Elmar Baxşıyev və bir futbolcunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 19:00-da başlayacaq. Saat 19:30-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.