Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra "Araz-Naxçıvan"a UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün  lisenziya verib. Bu lisenziyaya sahib olduğuna görə, "qırmızı-ağlar" avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur. 

Eyni zamanda, AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün də "Araz-Naxçıvan"a lisenziya verilib.