Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda sabah “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyunöncəsi son məşqini keçirib. Təxminən 1 saata yaxın davam edən çalışma zamanı futbolçular taktiki tapşırıqları yerinə yetiriblər. Bir müddətdir zədədən əziyyət çəkən Bəxtiyar Həsənalızadə və Ömər Buludovun müalicəsi davam edir.
Qeyd edək ki, oyun sabah – fevralın 6-da, saat 16:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.