“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb. Qolkiper ölkəsinin əsas komandasının Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb.