Moldova milli komandasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram baş məşqçi tərəfindən ölkəsinin millisinə dəvət alıb. O, noyabrın 11-dən 20-dək Moldova millisinin düşərgəsində olacaq.