“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb. Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.