Təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşıb. Super Liqa təmsilçisiylə görüş “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran komandamız Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub.

“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.