Komandamızın üzvü Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub. Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən Fulya Acıbadem xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb. Futbolçu avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.