Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalanıb. Müdafiəçi 2025-2026-cı illər mövsümünü də “qırmızı-ağlar”ın heyətində keçirəcək. 

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.