UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunu üçün akkreditasiya prosesi başlayıb.
Akkreditasiyadan keçmək üçün aşağıdakı məlumatlar tələb olunur:
- Şəxsin adı və soyadı;
- Çalışdığı KİV-in adı;
- Vəzifəsi;
- PFL tərəfindən 2024/25-cü illər mövsümünə aid verilmiş media akkreditasiyanın surəti;
Yer sayını nəzərə alaraq bir mətbu orqan maksimum iki akreditasiya ala bilər. Akkreditasiya üçün müraciət etmək istəyən şəxslər qeyd olunan məlumatları iyulun 18-i saat 18:00-a qədər media@anpfc.az elektron poçt ünvanına göndərməlidirlər. Təsdiq məktubu alan şəxslər qeydiyyatdan keçmiş hesab olunacaqlar.