Xəbər verdiyimiz kimi, hazırlıq mərhələsində “Araz-Naxçıvan” yanvarın 11-də “Səbail”lə yoxlama oyunu keçirəcək. Saat 15:00-da, “Azersun Arena”da baş tutacaq qarşılaşma hər kəs üçün qapalı olacaq.

Qeyd edək ki, bu “qırmızı-ağlar”ın 2025-ci ildə keçirəcəyi ikinci yoxlama oyunudur. Komandamız yanvarın 9-da “Sumqayıt”la qarşılaşıb və matç 2:2 hesabı ilə başa çatıb.