UEFA Konfrans Liqasının II mərhələsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” oyununun başlama saatı açıqlanıb. İyulun 24-də, Liv Bona Dea Arenada keçiriləcək matçın start fiti saat 20:00-da veriləcək. Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.