DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Kişinyovdakı Zimbru stadionunda Norveç yığması ilə qarşılaşacaq Moldova millisinin heyəti açıqlanıb. “Araz-Naxçıvan”ın formasını geyinən Kristian Avram ölkəsinin millisinə dəvət alıb. Təcrübəli qolkiper baş məşqçinin şans verəcəyi təqdirdə Norveçə qarşı forma geyinəcək.