"Araz-Naxçıvan" bu gün ikinci yoxlama oyunu keçirib. "Səbail"lə matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı-ağ"larin heyətində Benny və Miço Kuzmanoviç fərqlənib.
Oyunula bağlı baş məşqçimiz Elmar Baxsıyevin açıqlaması: "Hər iki oyundan razı qaldıq. Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı. Yenə hər hissədə fərqli heyətlə oynadıq və hər kəsə eyni yükləməni verdik. Hansı çatışmazlıqlar var hər iki matçda gördük. Qarşıdakı məşq proseslərinda optimal formaya yaxınlaşacağıq".