“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib. Komandamız bu gün Buzovna qəsəbə stadionunda məşqə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib. “Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, komandamız Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq. “Liv Bona Dea Arena”da saat 16:00-da start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq.