Misli Premyer Liqasının XIV turunda “Kəpəz”in qonağı olacaq komandamız hazırlığını davam etdirir. Növbəti məşqini Mərdəkandakı Milli komandaların Məşq mərkəzində reallaşdıran “qırmızı-ağlar” sabah – noyabrın 21-də səfərə çıxacaq və oyunöncəsi son hazırlıq prosesini Gəncə şəhər stadionunda reallaşdıracaq.
Görüş noyabrın 22-də, saat 17:00-da Tovuz şəhər stadionunda keçiriləcək və CBC Sportla canlı yayımlanacaq.