Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Komandamız "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Matç "qırmızı-ağlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 61-ci dəqiqədə Benny vurub.
Bu komandalar arasında cavab oyunu fevralın 28-də Zirə İdman kompleksində keçiriləcək.