Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. İkinci mərhələ çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) cütünün qalibi püşkə əsasən, “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) duelinin qalibi ilə üz-üzə gələcək. III mərhələnin oyunları avqustun 7-də və 14-də keçiriləcək.