Misli Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Sumqayıt" oyunundan sonra mətbuat konfransında baş məşqçi Elmar Baxsıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun alındı. Kubok matçlarını da nəzərə alsaq, 4 gündən bir oyun keçiririk. Bu gün meydanda yaxşı iş ortaya qoyduq. Buna görə də komandamı təbrik edirəm.
Mövsümün sonuna yaxınlaşırıq. Qarşıdakı oyunlara nə qədər yaxşı köklənə bilsək, bizim üçün yaxşı olacaq".