AFFA-nın təşkil etdiyi U-15 qızlar Liqasında ¼ final mərhələsinin oyunları keçirilib. “Araz-Naxçıvan”ın müvafiq yaş qrupuna aid komandası “Turan Tovuz”la qarşılaşıb. Bakıda rəqibini 1:0 hesabı ilə yenən komandamız cavab matçında da rəqibini yenib 2:1. Hər iki görüşdə qələbə qazanan “qırmızı-ağlar” yarımfinala vəsiqə qazanıb.