“Araz-Naxçıvan”ın U-17 və U-19 komandalarının məşqçi və futbolcu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.
AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov oyun qaydalarındakı yeniliklər haqqında məlumat verib, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib. Daha sonra epizodlarla bağlı müzakirələr aparılıb, futbolçu və məşqçi heyətinin sualları cavablandırılıb.